Maaş ilə ən çox benzin ala bilən ölkələr

20 İyul, 2018 09:51 | İqtisadiyyat | Baxış sayı: 167
YDM-də benzinin doldurulması
YDM-də benzinin doldurulması

Əlçatan benzin satan ölkələrin reytinqi hazırlanıb

Avropanın ən əlçatan benzin satan ölkələri müəyyən edilib. Birinci yerdə Lüksenburqun adı gəlir. Belə ki, burada yaşanlar orta aylıq əmək haqqları ilə Avropada ən çox benzin ala bilən əhali hesab ediliblər. Reytinqin hazırlanmasında əsas olaraq 2018-ci ilin birinci yarımilin qazancı ilə 95 oktanlı benzin almaq imkanı götürülüb. 

Lüksenburq sakinləri öz maaşları ilə 2,7 min litr benzin ala bilirlər. Ölkə üçün qiymətlər (2.48 manat təqribən) o qədər də yüksək olmasa da, buradakı maaş Avropada ən yüksəklərdən biri hesab edilir. 

İkinci yerdə Norveçdir - 23,2 min litr. Ən bahalı benzin əslində məhz bu ölkədə satılır - 1 litri 125,2 (təqribən 3.35 manat) rubl. 

İlk beşlikdə Avstrya, Böyük Britaniya və İsveçin də adları var. Bu ölkələrdə yaşayanlar aylıq maaşları ilə 1,8 min litr benzin ala bilirlər. 

Azərbaycanın şimal qonşusu Rusiya 16-cı pillədə - İtaliya və Yunanıstanın arasında qərarlaşıb. Ruslar orta aylıq maaşları ilə cəmi 853 litr 95 oktanlı benzin almaq imkanına malikdirlər. 

Benzinin əlçatanlığı siyahısının sonuncu yerində isə Ukraynanın adı gəlir. Ölkədə yaşayanlar qazandıqları ilə 244 litr benzin ala bilirlər ki, bu da Lüksemburqdan 11 dəfə azdır.

Əmək haqqı ilə bağlılığı nəzərə alınmadan yanacağın qiymətinin ən aşağı olduğu ölkə kimi isə Qazaxıstanın adı açıqlanıb. Burada bir litr benzin cəmi 32 rubla (təqribən 0.80 manat) təklif edilir. Belarus da isə bu qiymət 43,6 (təqribən 1.14 manant) rubldur. Rusiya isə 44,7 rubulla üçüncüdür.