İran tüməni 6 ayda 50% ucuzlaşıb

20 İyun, 2020 15:59 | İqtisadiyyat | Baxış sayı: 39
İran
İran

İranda bir ABŞ dolları 19 min 80 tümənə qədər bahalaşıb.

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı bildirib.

Bildirilib ki, bir avro 21 min 325 tümənə, bir Türk lirəsi  2 min  785 tüməndən  mübadilə edilir.

Cari ilin yanvar ayında bir ABŞ dolları 13 min 350 tümənə mübadilə olunub. İranın milli valyutası bir ABŞ dollarına nisbətdə 42 faiz dəyərdən düşüb. ABŞ İranın nüvə proqarmı ilə bağlı Əhatəli Razılaşma Müqaviləsindən çıxandan sonra ötən 25 ay ərzində tümən ABŞ dollarına nisbətdə 190 faiz ucuzlaşıb.

İran Mərkəzi Bankının direktoru Əbdülnasir Himməti tümənin ucuzlaşmasını koronavirusun yayılması, neftin qiymətinin ucuzlaşması və İslam Respublikasının maliyyə tədbiləri üzrə hədəf qrupundan (FATF) çıxarılması ilə əsaslandırıb.

Qeyd edək ki, 2018-ci ilin aprelində bir ABŞ dolları 4 min tümənə mübadilə edilib. 2018-ci il iyulun 18-də ilk dəfə bir ABŞ dolları 19 min tümən olmuşdu.