Ən yüksək əmək haqqı verən şəhərlər

20 May, 2019 19:29 | İqtisadiyyat | Baxış sayı: 95
Dollar
Dollar

"Deutche Bank"ın hazırladığı gündəlik hesabatlar əsasında müəyyən edilib

Dünyada əməkhaqqının ən yüksək olduğu şəhər ABŞ-da yerləşən San-Fransiskodur.

İstiPress-in məlumatına görə, bunu "Bloomberg" agentliyi "Deutche Bank"ın hazırladığı gündəlik hesabatlar əsasında müəyyən edib. 

Məlumata görə, adı çəkilən şəhərdə orta aylıq əmək haqqı vergilər də daxil olmaqla 6 500 dollardır. 

Reytinq cədvəlində 2-ci yeri İsveçrənin Sürix şəhəri (5 900dollar), 3-cü yeri isə ABŞ-ın Nyu-York şəhəri (4 600 dollar) tutub.

Əməkhaqqının yüksək olduğu şəhərlər arasında ABŞ-ın Boston və Çikaqo, Avstraliyanın Melburn və Sidney, Norveçin Oslo, Danimarkanın Kopenhagen, Böyük Britaniyanın London şəhərləri də var.