Bakıda torpaq və bağ evləri ucuzlaşdı

20 Fevral, 2020 09:47 | İqtisadiyyat | Baxış sayı: 49
Torpaq sahəsi
Torpaq sahəsi

Yanvar ayında topraq bazarında azalma 3.35 faiz təşkil edib

Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb. Bu barədə trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, yanvar ayında topraq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.

Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.

N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.