Novak azərbaycanlı nazirə dəvət göndərdi

20 Fevral, 2018 12:38 | İqtisadiyyat | Baxış sayı: 78
Pərviz Şahbazov Rusiyada
Pərviz Şahbazov Rusiyada

Energetika naziri Rusiyaya səfər edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib. İki ölkənin energetika nazirlərinin görüşündə enerji sektorunda əhəmiyyət daşıyan bir sıra aktual mövzular, qlobal enerji bazarında müşahidə edilən yeni proseslər və regional əməkdaşlıq  əlaqələrinin möhkəmləndirilməsinə dair  məsələlər müzakirə edilib.

Hər iki tərəf həmçinin  Rusiya - Azərbaycan - Gürcüstan - Rusiya elektroenergetik həlqəsinin  yaradılmasında maraqlarını ifadə edərək, üçtərəfli formatda görüşün zəruruliyini vurğulayıblar.

Səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov Rusiyanın vahid enerji sistemində mərkəzləşdirilmiş operativ-dispetçer idarəetməsini həyata keçirən “Vahid Enerji Sisteminin Sistem Operatoru” SC-nin işi ilə tanış olub.