2,3 milyon yoxsula 0,5 milyard pul paylanacaq

19 Dekabr, 2018 12:55 | İqtisadiyyat | Baxış sayı: 118
Yoxsul
Yoxsul

Ödənişin həcmi ailə tərkibindən asılı olacaq

Fransada Milad bayramı ərəfəsində yoxsullara pul paylanılacaq. Ehtiyacı olanlar üçün 500 milyon avroluq büdcə ayrılıb. 

Bu həftə veriləcək ənənəvi ödənişlərdən 2,3 milyon insan pay alacaq. Məqsəd yoxsullara bayram süftrəsi açmağa, eləcə də övladlarına hədiyyə almağa şərait yaratmaqdır. Ödəniş ilk növbədə işsizlərə ediləcək. 

Veriləcək pulun həcmi isə ailə üzvlərinin sayından asılı olacaq. Övladı olmayan tənhalar 150, uşaqsız cütlüklər 228, tənha valideynlər 228, 274, 335, 396 və ya 442 avro alacaqlar. 

Bu ənənənin əsası 1988-ci ildə o zamanki baş nazir Lionel Jospen tərəfindən qoyulub. 2017-ci ildə 2,5 milyon insan yardım almışdı. 

Hesablamalara görə, Fransada yoxsulluq həddindən aşağıda yaşayan 8,8 milyon insan var. Onların aylıq gəlirləri 1026 avronu keçmir.