Dələduz, oğru və fırıldaqçı prezident

19 Dekabr, 2017 11:28 | İqtisadiyyat | Baxış sayı: 233
Rüşvət
Rüşvət

Rus biznesmen Sarkisyanın fırıldağının üstünü açdı

"Serj Sarkisyan dələduz, fırıldaqçı və oğrudur". Bu nəticəyə erməni əsilli rus bizmen Levon Markosun Ermənistan prezidentinə açıq məktubdan gəlmək olar. Məktubu İrəvan mətbuatı nəşr edib.

“Siz, cənab prezident şəxsən Moskvaya mənim yanıma gəlib Ermənistanın çökən iqtisadiyyatına sərmayə qoymağa inandırdınız. Mən sizin vətəni xilas etmək haqqında dediklərinizə inandım və yüz milyonlarla dollar ölkə iqtisadiyyatına sərmayə qoydum”, deyə o məktubunda qeyd edib. 

Moskvalı biznesmen daha sonra yazır ki, ölkəsini yoxsulluğun cəngindən xilas etmək üçün aldığı sənaye obyektləri bir müddətdən sonra zəbt edilib. Bunu edən isə prezidentin yaxın ətrafındakılar olub. O, qeyd edir ki, prezidentin komandası onunla yanaşı, 34 erməni biznesmeni də soyub. Bunların isə hamısı guya vətənin xilası üçün edilib.

İndi sahibkar tələb edir ki, onun əmlakı qaytarılsın, dəyən ziyan ödənilsin. Amma çətin ki, bu baş verə. Çünki Ermənistanda yenidən köhnə çağırışlar yada düşəcək – “Serjik get, bezdirdin”. Vəssalam. 

Serj Sarkisyan
Serj Sarkisyan