Ermənilərin getdikcə çox yediyi türk məhsulu

19 Noyabr, 2019 17:11 | İqtisadiyyat | Baxış sayı: 712

Rus agentliyinin İrəvan redaksiyası hər kəsi təəccübləndirib

Ermənistanın kənd təsərrüfatında tənəzzül yaşanır: Türkiyədən pomidor idxalı kəskin artıb.

İstiPress-in məlumatına görə, Rusiyanın “Sputnik” agentliyinin İrəvan redaksiyası bu başlıqla məqalə dərc edərək Ermənistanda aqrar sektorda son bir ildə yaşanan geriləmədən yazır.

İrəvanda dərc olunan "Joxovurd" qəzetinin materillarına istinad edən agentlik bildirir ki, ermənilər artıq pomidor, xiyar və kartof kimi gündəlik istehak edilən məhsulları özləri becərmirlər və idxal etməyə üstünlük vermirlər. Məsələn, statistikaya görə, 2019-cu ilin birinci yarısında Ermənistana 3 min 496 ton pomidor idxal edilib və bu, bir il öncənin uyğun dövrünün göstəricisindən dəfələrlə çoxdur - 2018-ci ilin birinci yarısında Ermənmistana cəmi 20 ton pomidor idxal edilibmiş. Məsələnin ən maraqlı tərəfi isə həmin pomidorların əsas hissəsinin - 2 min 756 tonunun Türkiyədən gətirilməsidir. Yəni səhərdən axşama qədər türkləri söyüb, yemək masasına gəldikdə türk pomidoru ilə qidalanmaq hər kəsi təəccübləndirir.

Ənənəvi olaraq kartof istehsalçısı kimi tanınan Ermənistana kartof idxalının da kəskin artması təəccübləndirir. Əgər 2018-ci ilin birinci yarısında Ermənistana cəmi 1941 ton kartof idxal edilibmişsə, bu ilin birinci yarısında bu göstərici 4 min 41 ton olub.

Statistika Ermənistandan kənd əhalisinin azalmasını və buna görə də bu ölkəyə xas olan məhsulların istehsalının aşağı düşməsini ortaya çıxarır. Bu, Ermənistanda kənd bələdiyyələrinin ləğvi ilə bağlı ola bilər. Bir neçə il əvvəl aparılmış araşdırma zamanı məlum olmuşdu ki, 300-ə yaxın kənddə yalnız bələdiyyə işçilərinin ailələri qalır və onlar müəyyən qədər dövlətdən maaş almaqla yanaşı, müəyyən qədər də kənd təsərrüfatı məhsulları istehsalı ilə dolanırlar. Həmin bələdiyyələr ləğv edildikdən və keçmiş rayonların əsasında 41 yeni bələdiyyə yaradıldıqdan sonra həmin kəndlərin son məhsul istehsalçıları da Rusiyaya üz tutub. Ermənistanda təxminən 840 kənd var və 300 kəndin boşalması ciddi azalmadır.