Azərbaycan mallarının əsas ixrac bazarı ölkədən ixrac olunan bütün məhsulların yarısının satıldığı Avropa Birliyi ölkələri olaraq qalır.
İstiPress-in Azərbaycan Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu ilin yanvar-iyul aylarında Avropa Birliyi ölkələrinə 4,561 milyard dollarlaq məhsul göndərilib ki, bu da ümumi ixracın 49,9 faizini təşkil edib.
Bununla yanaşı, Azərbaycan MDB ölkələrinə cəmi 809,9 milyon dollarlıq məhsul ixrac edib ki, bu da ümumi ixracın 8,9 faizini təşkil edir. Qalan 3,759 milyard dollarlıq ixrac digər ölkələrin payına düşür.
Beləliklə, Azərbaycandan AB ölkələrinə ixrac MDB ölkələrinə ixracı beş dəfədən çox üstələyir.