İstanbulda leysan ciddi problemlər yaratdı

19 Avqust, 2019 09:28 | İqtisadiyyat | Baxış sayı: 38

İstanbulda leysan bir sıra problemlər yaradıb.

İstiPress-in məlumatına görə, yağan güclü yağış səbəbindən şəhərin bir çox istiqamətlərində yolları və piyada alt keçidlərini su basıb. Bu səbəbdən Eminönü və Aksaray bölgələrində tramvayların hərəkəti dayandırılıb. Şəhərin Bahçelievler rayonunda yol çöküb.

Gəmi səfərləri təxirə salınıb.