ABŞ şirkəti "Şahdəniz"də 48 milyon dollarlıq layihə gerçəkləşdirib

19 Avqust, 2019 09:49 | İqtisadiyyat | Baxış sayı: 24
"Şahdəniz"də platforma
"Şahdəniz"də platforma

Bu, istehsalın vaxtından dörd aydan çox əvvəl başlamasına imkan verdi

Amerikanın "Emerson" şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsinin texniki məsələlər üçün avtomatlaşdırma sistemləri və bulud proqram təminatı üzrə 48 milyon dollarlıq müqaviləni başa çatdırıb.

İstiPress-in məlumatına görə, qeyd olunub ki, şirkət etibarlı və təhlükəsiz istismar təmin etmək üçün xidmətlər göstərmək üzrə mövcud beş illik müqaviləni yerinə yetirir.

""Emerson" mega-layihənin əsas avtomatlaşdırma podratçısı kimi iştirak edir. Şirkətin "Project Certainty" yanaşması istehsalın vaxtından dörd aydan çox əvvəl başlamasına imkan verdi",- deyə məlumatda bildirilir.