Azərbaycan nefti yenidən 73 dolları ötdü

19 Avqust, 2018 12:46 | İqtisadiyyat | Baxış sayı: 52
Neft hasilatı
Neft hasilatı

Avqustun əvvəlində ucuzlaşan Azərbaycan nefti son günlərdə bahalaşaraq yenidən 73 dolları ötüb.

İstiPress-in məlumatına görə, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib.

Bu, cümə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti isə avqustun 17-də 72,67 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,83 dollar/barel bahdır.