Rusyadan Ermənistana ağır tələb

19 Avqust, 2017 10:07 | İqtisadiyyat | Baxış sayı: 567
Konyak
Konyak

Tələblər sərtləşdirilir

Rusiyada erməni konyakına qoyulan tələblər sərtləşdiriləcək. 

İstiPress erməni mətbuatına istinadən xəbər verir ki, bu barərə milli şərabçılıq mərkəzinin rəhbəri Avaq Arutunyan deyib.

Rospotrebnadzor sentyabrda ölkəyə gətirilən konyakda total yoxlamalar aparacaq.

Yoxlamalara səbəb saxta məhsulların ölkəyə gətirilməsidir.

İxracın azaldılması erməni sahibkarlarına başqa mənbələr axtarmağa məcbur edəcək. 
Rusiya isə 2025-ci ildə öz milli konyakını buraxmağa çalışır ki, erməni məhsulunudan asılılıq aradan qaldırılsın.

Bütün bunlar göstərir ki, Ermənistanın Rusiyaya göndərdiyi məhsulların saxta olması iki dövlət arasında münasibətlərin də həqiqiliyinə kölgə salır. Bu, onun Rusiya üçün lazımsız bir dövlətə çevrilməsinə səbəb olacaq.