Bakının daha bir yerində pulsuz Wi-Fi

19 Avqust, 2017 12:01 | İqtisadiyyat | Baxış sayı: 169
 “Wi-Fi” şəbəkəsi zonasının məlumat lövhəsi
“Wi-Fi” şəbəkəsi zonasının məlumat lövhəsi

Yaxın vaxtlarda başqa yerlər də "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək

Hüseyn Cavid bağında “Pulsuz Wi-Fi” quraşdırılıb

“Baktelecom”dan İstiPress-ə bildirilib ki, “Pulsuz Wi-Fi”ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC tərəfindən mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən artıq paytaxt sakinləri və şəhərimizin qonaqları Hüseyn Cavid bağında da istifadə edə bilərlər.

Qeyd edək ki, indiyədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib.

Yaxın vaxtlarda Dədə Qorqud parkı da "Pulsuz Wi-Fi" xidmətinin əhatə zonasına daxil ediləcək.