İrandan nüvə jesti

19 İyul, 2019 13:09 | İqtisadiyyat | Baxış sayı: 75
Həsən Ruhani
Həsən Ruhani

Ruhani: "İran bütün qapıları açıq saxlamaqda qərarlıdır"

İran prezidenti Həsən Ruhani Avropa ölkələrinə müraciət edib. İranın prezident sarayından verilən məlumata görə, Ruhani ilə Fransa prezidenti Emanuel Makron arasında telefon söhbəti zamanı bu məsələ gündəmə gəlib.

Ruhani bütün problemlərə rəğmən mövcud fürsətləri daha yaxşı dəyərləndirməli olduğunu və bundan istifadə edilməsi gərəkdiyini bildirib. "AB ölkələri İranın hüquqlarının təmin edilməsi və ABŞ-ın iqtisadi savaşında atəşkəsin əldə edilməsi üçün səylərtini artırmalıdırlar.

ABŞ-da nüvə razılaşmasının qorunmasını üçün atılan addımların uğursuz olmasını istəyən şəxslər var. Buna misal kimi də Konqresin İranın təqribən 1,5 milyard dollar vəsaitini müsadirəsi haqqında qərarını göstərmək olar". 

O, qeyd edib ki, İran və Avropa nüvə razılaşmasının qorunması üçün qarşılıqlı olaraq balanslaşdırılmış addımlar atmağa çalışmalıdırlar. "İran müqavilənin qorunması üçün bütün yolları açıq saxlamaqda qərarlıdır".