Azərbaycanın qan satan qonşusu

19 İyul, 2017 09:49 | İqtisadiyyat | Baxış sayı: 147
Donor qanı
Donor qanı

Satılan 35,5 ton insan qanı

Azərbaycanın ən yaxın qonşularından olan Gürcüstanın xarici ticarət dövriyyəsi günü-gündən artır. Bəs bu ölkə nə satır və nə alır? İstiPress-in "Sputnik Qruziya"ya istinadla verdiyi məlumata görə, ölkə daha çox alman maşınları, çin lampaları, türk tibb avadanlıqları kimi məhsulları idxal edir. İxrac arasında isə şərab, xam mədən məhsulları və insan qanı var. 

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, ötən il ölkəyə 7,3 milyard dollarlıq məhsul gətirilib. Satılan məhsulun həcmi isə 2,1 milyard dollar olub. Ticarət partnyorları arasında Türkiyə, Rusiya, Çin və Azərbaycan əsas yer tutur.

Azərbaycan Gürcüstana 1,5 milyon ton səmt qazı və s satıb. Verilən elektroenerjinin dəyəri isə 5,7 milyon dollar olub. 

Ötən il Gürcüstandan ən çox məhsul alan ölkə Rusiya olub. İkinci yerdə isə Azərbaycandır. İlk üçlükdə Çinin də adı yer alıb. Əsas ixrac məhsulu mineral su, şərab, müxtəlif limonadlar, qoz, sitruz meyvələri və s var. 

Gürcüstandan Azərbaycana 1,9 ton dərman preparatı, o cümlədən tibbi avadanlıq, şəkər, kiçikbuynuz heyvan gətirilib. 

Ticarətdəki bu disbalansı eksspertlər ölkədə baş verən vətəndaş müharibəsi və 90-cı illərin əvvəllərindəki siyasi proseslərlə izah edirlər.