Nazir təcili kütləvi zəhərlənmə zonasına yola düşdü

19 İyun, 2018 15:19 | İqtisadiyyat | Baxış sayı: 132
İnam Kərimov - kənd təsərrüfatı naziri
İnam Kərimov - kənd təsərrüfatı naziri

İmişli rayonunda pambıq tarlasında işləyən fəhlələrin kütləvi zəhərlənməsinə görə kənd təsərüfatı naziri İnam Kərimov təcili olaraq bu rayona yola düşüb. İstiPress-ə bu haqda Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Habelə baş proukurorun müavini Rüstəm Usubov və Dövlət Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də İmişliyə yola düşüblər.

Xatırladaq ki, pambıq tarlasında zəhərin təsirinə məruz qalanların sayı yüzə yaxındır, onlar yerli xəstəxanaya yerləşdiriliblər. Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu, son günlər Azərbaycanda pambıq sahəsində baş vermiş üçüncü kütləvi zəhərlənmədir.