Daha bir rayonda pambıqçılar zəhərləndi

19 İyun, 2018 13:47 | İqtisadiyyat | Baxış sayı: 98
Pambıqyığan azərbaycanlı qadın
Pambıqyığan azərbaycanlı qadın

İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib.

İstiPress-in məlumatına görə, zəhərlənən pambıqçıların sayı 100-ə yaxındır, Bakıdan təcili briqadalar göndərilib

Zəhərlənənlər “MKT” şirkətinə məxsus pambıq sahəsində işləyənlərdir. Zəhərlənmənin zərərvericilərə qarşı istidafə olunan kimyəvi peraparatdan baş verdiyi ehtimal olunub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.