Azərbaycanın xeyrinə olan rekord

19 Aprel, 2018 09:20 | İqtisadiyyat | Baxış sayı: 125
Neft
Neft

Neftin qiyməti 73 dolları ötdü

Neft 2014-cü ildən bu yana ilk dəfə öz rekordunu yeniləyib. İstiPress-in məlumatına görə, dünyanı bürüyən savaş xəbərləri fonunda "qara qızıl"ın qiyməti də artıb.

Son dörd ildə ilk dəfə olaraq neftin qiyməti 73 dollar həddini keçib. London birjasında "Brent" markalı neftin bir bareli 1,8 dollar və ya 2,51% faiz bahalaşaraq 73,38 dollara çatıb. 

Nyu York birjasında isə WTI markasından olan neft 1,83 dollar artıb. İndi bu neftin bir bareli 68,35 dollara təklif edilir. 

Məlumata görə, ABŞ-da neft ehtiyatının 1,07 milyon barel azalması xəbəri bahalaşmaya təsir edib.