Neft çöküşdən sonra canlandı

19 Mart, 2020 09:09 | İqtisadiyyat | Baxış sayı: 169
Neft
Neft

Qiymət 6 faiz artdı

Kəskin çöküşdən sonra dünya bazarında gecə saatlarında neftin qiymətində cüzi artım baş verib. "Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 6,1 faiz qalxaraq 26,42 dollar təşkil edib.

"WTI" markalı neftin qiyməti isə 12,3 faiz artaraq, 23,4 dollar olub.

Xatırladaq ki, dünən "qara qızıl"ın qiyməti  24 dollara kimi enib. Son dəfə "Brent" markalı neftin qiyməti 2003-cü ilin may ayında 25 dollardan aşağı olmuşdu. 

Azərbaycanın "Light” markalı xam neftinin bir barrelinin qiyməti son 18 ildə ilk dəfə 25 dollardan aşağı enib. “Azeri Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 23,80 dollara alıcı axtarır. Bu, 2002-ci ildən bu vaxtadək ən aşağı səviyyədir.