Banklar bayramda işləməyəcək

19 Mart, 2020 12:50 | İqtisadiyyat | Baxış sayı: 84
Bank kartı
Bank kartı

Məqsəd canlı təması minimuma endirməkdir

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.

Bu barədə məlumatı Mərkəzi Bank yayıb. 

Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.