Azərbaycanda bayramda dollar neçəyə olacaq? CƏDVƏL

19 Mart, 2020 09:40 | İqtisadiyyat | Baxış sayı: 529
Manat dollar
Manat dollar

Mərkəzi Bankdan rəsmi açıqlama

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Mərkəzi Bank rəsmi məzənnələr haqqında məlumat yayıb.

Bank bayram günləri üçün də manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsini açıqlayıb. Belə ki, bayram günləri üçün (20-28 mart) və 29 mart 2020-ci il tarixinə məzənnə 1,7000 səviyyəsində müəyyən edilib. 

Avronun məzənnəsi 1,21% azalaraq 1,8528 manat, Rusiya rublunun məzənnəsi isə 7,96% azalaraq 0,0208 manat təşkil edib.