Azərbaycanda Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradıldı

19 Mart, 2019 18:31 | İqtisadiyyat | Baxış sayı: 112
Prezident sənəd imzaladı
Prezident sənəd imzaladı

Prezident İlham Əliyev fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

İstiPress-in məlumatına görə, fərmanda qeyd edilir:

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılsın.