Neftdən yeni ilin rekordu

19 Fevral, 2019 10:31 | İqtisadiyyat | Baxış sayı: 97
Neft
Neft

Qiymət 68 dolları da keçdi

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 66,38 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,29 dollar artaraq 55,88 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,59 dollar artaraq 68,65 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.