Neft bahalaşmağa doğru

19 Yanvar, 2019 10:20 | İqtisadiyyat | Baxış sayı: 50
Neft hasilatı
Neft hasilatı

"Qara qızıl"ın qiyməti 62 dolları keçir

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

 Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,52 dollar artaraq 62,70 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,73 dollar bahalaşaraq 53,80 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti isə ötən gün  0,14 dollar ucuzlaşaraq 62,61 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.