Milyonlarla adama xidmət edən Atatürk aeroportunun son görüntüsü FOTOLAR

18 Noyabr, 2019 12:13 | İqtisadiyyat | Baxış sayı: 103
Atatürk hava limanı
Atatürk hava limanı

Uçuş sayına görə rekord vuran hava limanınından ürək ağrıdan görüntü

86 il ərzində Türkiyə mülki aviasiyasına, milyonlarla sərnişinə xidmət edən Atatürk hava limanı sökülür. Söküntü işləri Türkiyənin ən məşhur hava limanının karqo bölümündən başlayıb. Söküntü işləri aparılsa da aeroportdan karqo təyyərələri, şəxsi jetlərin istifadəsi davam edir. 

İşlərin iki aya tamamlanması gözlənilir. Söküntü zamanı əldə ediləcək məmulatlar təkrar istifadə fabriklərinə göndəriləcək. 

Saniyədə 1 təyyarənin eniş-qalxışı ilə 2016-cı ildə rekord vuran Atatürk hava limanında bu gün bir neçə yük təyyarəsi eniş edir. 

Xatırladaq ki, Atatürk hava limanının fəaliyyəti bu yazdan dayandırılıb. İstanbulda ilin əvəllərində dünyanın ən böyük hava limanlarındna birinin inşaası başa çatıb. Nəticədə Atatürkün bütün heyəti İstanbul hava limanına köçürülüb.