Neftimiz yenə ucuzlaşdı

18 Oktyabr, 2019 10:21 | İqtisadiyyat | Baxış sayı: 41
Neft
Neft

Neftin qiyməti ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,33 dollar geriləyərək 59,58 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar ucuzlaşaraq 53,81 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,32 ABŞ dolları və yaxud 0,5% ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,29 dollar təşkil edib.

Ötən gün eyni markanın məhsulu 63,61 dollara təklif edilirdi. 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.