İraq hökümətinin yeni Kərkük siyasəti

18 Oktyabr, 2017 19:02 | İqtisadiyyat | Baxış sayı: 158
Neft
Neft

Rəsmi Bağdad Kərkükdə neft hasilatını artıracaq

İraq hökuməti Kərkükdə neft hasilatının həcmini artırmağı planlaşdırır.

İstiPress xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kərkükdə yeni bir neft emalı zavodunun qurulması və bölgədən neft hasilatının gündəlik 1 milyon barelədək artırılması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda Kərkükdəki neft əməliyyatları Rəsmi Bağdadın nəzarəti altında həyata keçirilir.