Qiymətin yenidən artacağı gözlənilir
Bu ilin sonuna kimi Ermənistana satılan Rusiya qazının qiyməti əhəmiyyətli dərəcədə artacaq. Bu barədə “Joxovurd” qəzeti yazır. Nəşr yazır ki, mavi yanacağın qiyməti azı 30 faiz artacaq. Yeganə ümid Avrasiya Şurasının İrəvanda kçeirilməsi planlaşdırılan iclasında Vladimir Putinin iştirakıdır. Bu iclasda baş nazir Nikol Paşinyan ondan qiyməti artırmamağı xahiş etməyə cəhd edə bilər.
Ermənistan “Qazprom”a artıq 15 milyon dollardan artıq pul verməlidir. Yeni artım faktiki olaraq əhalinin yarıdan çoxunun daha da yoxsullaşamasına gətirib çıxaracaq.
"Paşinyan Moskva ilə əlaqələri tamamilə korlayıb". Bunu jurnalistlərə açıqlamasında politexnoloq Armen Badalayan bildirib. O, qeyd edib ki, hazırki rejim aparıcı ölkələr – ABŞ, Rusiya, AB üzvləri ilə ciddi problemlər yaradıb. “İndi biz buna görə cavab verməli olacağıq”.