Neft ucuzlaşmağa başladı

18 Sentyabr, 2019 10:40 | İqtisadiyyat | Baxış sayı: 35
Neft
Neft

Bir gündə 7 faizə yaxın eniş qeydə alınıb.

Səudiyyə Ərəbistanında baş verən partlayışdan sonra neftin qiyməti bir neçə gün ərzində kəskin bahalaşdı. Lakin son sutka ərzində "qara qızıl"da yenidəsn ucuzlaşma start götürüb. Ötən gün axşam saatlarında "Brend" markalı neftin qiyməti 7 faizə yaxın ucuzlaşıb. 

"Brent" markalı neft bazarda 65,47 dollara təklif edilir. WTI-nin qiyməti isə 59,54 dollara düşüb. 

Xatırladaq ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,4 ABŞ dolları və yaxud 3,38% azalıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 68,70 dollar təşkil edib.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.