Ermənistan-İran dəmiryol məsəsləsi həmişəlik bağlanıb

18 Sentyabr, 2019 17:00 | İqtisadiyyat | Baxış sayı: 117
Dəmiryolu
Dəmiryolu

Azərbaycanlı deputat İranın bu layihəyə ehtiyacı olmadığını deyir

İrandan Ermənistana dəmiryol layihəsinin perespektivi yoxdur və olmayacaq. Bunu Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O, bu dəmiryolunun olmamasına bir necə səbəbin olduğunu bildirib. Musabəyov İran prezidentinin İrəvanda keçirilməli olan Avrasiya İqtisadi Şurasının toplantısına qatıla biləcəyi barədə məlumatları şərh edib. 

Deputat bildirib ki, ilk növbədə İranda belə layihəyə təlabat yoxdur. Ermənistan bazarı çox kasaddır. "Ermənistan tranzit məsəsləsinə gəldikdə də burada yollar Abxaziya dalanına çıxır. İranın daşımaları Fars körfəzindəki limanlardan birbaşa həyata keçirmək imkanı var. Türkiyə ilə İranın birbaşa dəmiryolu əlaqəsi mövcuddur.

Mərkəzi Asiya, Qazaxıstan ilə Türkmənistandan keçməklə şəbəkə qurulub. Rusiyaya daşımalar Xəzərlə və Azərbaycan ərazisindən avtomobil yolu ilə həyata keçirilir. Bunun üçün də İranın Avrasiya Şurasına üzv dövlətlərlə əlaqə yaratması üçün Ermənistandan tranzitə ehtiyacı yoxdur". 

Onun sözlərinə görə, Ermənistan layihəsi həm də reylef quruluşu və bahalığına görə texniki cəhətdən çətindir. Bunun üçün 3-4 milyard lazımdır. Bu pul isə Ermənistanda yoxdur.  Bunun üçün də bu məsəslə həmişəlik bağlıdır.