Bakının bəzi yerlərində elektrikdə fasilələr yaranacaq

18 İyul, 2019 19:33 | İqtisadiyyat | Baxış sayı: 119
Elektrik şəbəkəsi
Elektrik şəbəkəsi

“Azərişıq” məlumat yaydı

İyulun 19-u saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

İstiPress-ə bu barədə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/6 kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.