Neft ucuzlaşmaqda davam edir

18 İyun, 2019 11:39 | İqtisadiyyat | Baxış sayı: 55
Neft buruqları
Neft buruqları

2%-ə qədər ucuzlaşma var

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti iyunun 17-də 60,94 dollar/barel olub, bu da əvvəlki göstəricidən $1,07 (1,73%)  azdır.

İstiPress-in məlumatına görə, həmin gün WTI nefti  $0,58 (1,1%) ucuzlaşaraq  51,93 dollar/bareldən satılıb.

Ölkənin neft-qaz bazarındakı mənbə bildirib ki, ötən həftə CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 63,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,75 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstərici ilə eynidir.