Bakıda vətəndaşlara yeni ucuz mənzillər təqdim ediləcək

18 İyun, 2019 13:57 | İqtisadiyyat | Baxış sayı: 191
Hövsan Yaşayış Kompleksi - MAKET
Hövsan Yaşayış Kompleksi - MAKET

Mənzil İnşaatı Dövlət Agentliyi tarix açıqladı

Xəzər sahilindən 2 kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

İstiPress-ə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, 2020-ci ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.

On bir çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək.