Azərbaycanlı iş adamı ən varlılar siyahısında

18 Aprel, 2019 13:03 | İqtisadiyyat | Baxış sayı: 83
Vahid Ələkbərov
Vahid Ələkbərov

Vahid Ələkbərov sərvəti ilə adını "Forbes"ə yazdırıb

“Forbes” jurnalı Rusiyanın ən zəngin biznesmenlərinin illik siyahısını yeniləyib. Reytinqdə 100 dollar milyarderi və 100 multimilyonerin adı var. 200 zəngin insanın sərvəti ümumilikdə 496 milyard dollardır.

İlk yerdə “Novatek” rəhbəri  Leonid Mihelson qərarlaşıb. Onun sərvəti 24 milyard dollardır. İkinci yeri 21,3 milyard dollar sərvətlə “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin tutub.

Üçüncü yerdə isə əslən azərbaycanalı olan “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun adıdır. Onun sərvəti 20,7 milyard dolladır. 

Onluqda isə Aleksey Mordaşov (“Severstali” 20,5 milyard), Gennadi Timçenko (“Novateka” və “Sibura” rəhbəri 20,1 milyard), Vladimir Potanin (“İnterros” və “Nornikel” 18,1 mlrd), Mixail Fridman (“LetterOne Holdings” , “Alfa-Qrupp” 15 mlrd), Alişer Usmanov (“USM holding”12,6 mlrd), Roman Abramoviç (“Milllhouse” 12,4 mlrd) adları var.