Neftin qiyməti 4 il sonra ən dibdə

18 Mart, 2020 09:50 | İqtisadiyyat | Baxış sayı: 126
Neft
Neft

"Qara qızıl" 28 dollara kimi ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti durmadan dəyər itirməyə davam edir. Qiymətlər son 4 ilin ən aşağı həddinə çatıb. Ötən gün axşam "qara qızıl"ın dəyərində 3-4 faizlik ucuzlaşma qeydə alınıb. 

Son məlumata görə, "Brent2 markalı neft 3,76 % ucuzlaşıb. Bu markadan olan neftinbir bareli indi 28,92 dollara təkif edilir. 

WTI neftinin qiyməti isə 3,1 % enərək 28,1 dollar təşkil edir. 

Dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması dünyanı cənginə alan koronavirus pandemiyasının yayılması fonunda baş verir. belə ki, 160-dan artıq ölkədə yayılan virus demək olar ki, bütün ölkələrin sərhədlərini bağlaması, dünyanın ən böyük şirkətlərinin istehsalı dayandırmaları ilə nəticələnib.