"Boeing” “737 MAX”dan imtina etdi

17 Dekabr, 2019 09:10 | İqtisadiyyat | Baxış sayı: 38
Boeing-737 MAX
Boeing-737 MAX

Təyyarələrin istehsalı yanvardan dayandırılır

“Boeing” şirkəti “737 MAX” tipli avialaynerlərinin gələcəyi haqqında qərar verib. İstehsal 2020-ci ilin yanvarından etibarən dayandırılacaq. 

"Boeing" şirkəti istehsalın azaldılmasının mövcud təyyarələrin tədarükünə diqqət yetirməyə imkan verəcəyini bildirib.

Qeyd edək ki, adıçəkilən təyyarənin iştirakı ilə bir neç qəza baş verib. Ötən il və bu il baş verən iki qəzada 346 nəfərin ölüb. Aviaqəzadan sonra “737 MAX” model təyyarələrinin uçuşları dayandırılıb. Bir çox ölkə qeyd edilən təyyarələrdən istifadədən imtina edib. Qəzalara səbəb olaraq düzgün işləməyən proqram təminatı göstərilib.