Yanlış məlumat tikinti şirkətinə ziyan vurub
Dünyanın ən aparıcı agentliklərindən olan "Bloomberg" 5 milyon avro cərimələnib. Bu barədə qərar Fransa məhkəməsi tərəfindən verilib. Cəriməyə səbəb isə yalan informasiyanın yayılmasıdır.
Belə ki, agentliyin yaydığı yalan məlumat Fransanın məşhur tikinti şirkətlərindən biri olan "Vinci"nin səhmlərinin dəyərini itirməsinə səbəb olub.
Yayılan məlumatda qeyd edilirdi ki, şirkət ciddi pozuntlardan sonra özünün hesablarına yenidən baxmağa başlayıb.