Qarabağda uzun fasilədən sonra yeni avtomobil yolu inşa ediləcək.
IstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Səfər zamanı Füzulidən Şuşaya çəkiləcək yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.