Azərbaycanda bankda dollarla pulu batanlara müjdə

17 Oktyabr, 2019 09:10 | İqtisadiyyat | Baxış sayı: 54
Dollar kreditləri
Dollar kreditləri

10 min dolları bağlanan banklarda qalanlar pullarını geri almağa başlayırlar

Müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri almağa başlayırlar.  Yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə o zaman həmin vəsait qaytarılacaq.

Ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq.

Xatırladaq ki, bir neçə gün öncə iqtisadçı, ekspert Vüqar Bayramov bildirib ki, kompensasiya “Kapitalbank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək.

Ekspert qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq.

Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi.