Qiymət bir gündə 70 dollara çatıb
Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb. "Brent" markalı neftin qiyməti 69,27 dollara çatıb.
"WTI" markalı neftin qiyməti isə bir barelə görə 62.66 dollara qədər (14.8% artıb) artıb.
Azərbaycanın dünya bazarına çıxardığı "Azeri Light"ın qiyməti 7,36 ABŞ dolları və yaxud 11,55% artıb. Neftin bir barelinin qiyməti 71,1 dollar təşkil edib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına silahlı pilotsuz uçan aparatlarla təşkil edilən hücumlardan sonra birjalarda neftin qiyməti rekord həddə çatıb. Ötən gün “Brent”in bir barrelinin qiyməti 12 dollar artaraq 71 dollara yüksəlməklə rekord səviyyəyə çatıb. Bu son üç ildə ən böyük qısamüddətli artımdır.
Hücunlardan sonra Səudiyyə Ərəbistanının neft hasilatı 50 faiz azalıb
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” hasilatın tam bərpasının isə bir neçə həftə çəkəcəyini bildirib. Ekspertlərə görə, bu itkilər qlobal neft tədarükünün 5 faizi deməkdir və bu, bazara təsirsiz ötüşmür.