Neftdən həftəsonu sürprizi

17 Avqust, 2019 13:38 | İqtisadiyyat | Baxış sayı: 79
Neft
Neft

"Qara qızıl"ın qiyməti artmağa başladı

Həftənin son günü dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar bahalaşaraq 58,64 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,40 dollar artaraq 54,87 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,47 ABŞ dolları və yaxud 0,77% artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,91 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.