Azərbaycan nefti bahalaşdı

17 İyun, 2019 15:57 | İqtisadiyyat | Baxış sayı: 55
Neft
Neft

Dünya birjalarında neftin qiyməti artdı

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

İstiPress-in məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,06 dollar artaraq 62,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 52,51 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşıb.

Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,39 dollar artaraq 64,21 dollar təşkil edib.