Neft konfransında dava düşdü - ərəblər əlbəyaxa oldu VİDEO

17 İyun, 2017 09:45 | İqtisadiyyat | Baxış sayı: 247
Ərəblər
Ərəblər

Davanın görüntüləri yayılıb

Hazırda aralarında diplomatik qalmaqalın hökm sürdüyü Qətər və Ərəb ölkələri arasında olan daha bir dava-dalaş olduğu üzə çıxıb. İstiPress-in məlumatına görə, Qətər və Səudiyyə Ərəbistanı arasındakı davaya səbəb neftlə bağlı məsələlər olub.

Hadisə bu ilin mart ayında olub. Küveytdə keçirilən neftlə bağlı konfransda bir sıra ciddi məsələlər müzakirəyə çıxarılıb. Lakin sözləri çəp gələn iki ölkənin nümayəndələrinin davası konfransa damğa vurub. 

Sillə, yumruqların, eləcə də ərəblərin geyimlərində istifadə etdikləri detalların da istifadə edildiyi davada üstünlüyü Qətər qazanıb. 

Əlbəyaxa davaya görə konfrans növbəti ilə keçirilib.