ABŞ-dan gözlənilməz Türkiyə qərarı

17 May, 2019 08:31 | İqtisadiyyat | Baxış sayı: 151
Donald Tramp
Donald Tramp

Tramp güzəştli ticarət rejimini ləğv etdi

ABŞ prezidenti Donald Tramp Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib. ABŞ lideri bu ölkəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartdığını elan edib. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

"Mən qərara gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən onu inkişaf etməkdə olan ölkə - benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı".

Məlumatda qeyd edilir ki, Tramp qərarı barədə ABŞ Konqresi və TÜrkiyəni öncədən (mart ayında) məlumatlandırıb.