"Qara qızıl" sevindirməyə başladı

17 Aprel, 2019 11:23 | İqtisadiyyat | Baxış sayı: 50
Neftin qiyməti
Neftin qiyməti

Qiymət 74 dollara çatır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşır. "Qara qızıl" ötən ilin payızından sonra ilk dəfə olaraq öz rekordunu yeniləyib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar artaraq 72,03 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,48 dollar bahalaşaraq 64,53 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 73,78 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.