Moskvadan İrəvana qazlı cavab

17 Aprel, 2019 11:42 | İqtisadiyyat | Baxış sayı: 126
Təbii qaz
Təbii qaz

Rusiya yanacağını dünya bazarından da baha verir

Rusiya Ermənistana qazı real qiymətindən də baha satır. Bu barədə erməni qəzeti “Jamanak” yazır. "Mavi yanacağın qiyməti beynəlxaql bazarda düşür. Bu gün qazın qiyməti min kubmetrə görə 150-160 dollar civarında dəyişir. Rusiya isə 165 dollardan verir. Yəni bazardan da baha".

Başqa bir erməni qəzeti “Past”da həyəcan təbili çalır. Nəşr öz mənbələrinə istinadla qeyd edir ki, "Qazprom Armeniya"da kütləvi ixtisarlar gözlənilir. Söhbət iki minə yaxın insandan gedir. İqtisadi böhran, işsizlik fonunda bu Ermənistan üçün böyük zərbədir. 

Görünür ki, bu yolla Moskva İrəvanın dikbaşlığına cavab verir. Xatırladaq ki, son zamanlarda İrəvan antirusiya ritolikasını, Rusiya Ermənistandakı biznesinə təzyiqləri daha da artırıb. Hətta bu ölkənin kanllarının yayımına da məhdudiyyətin qoyulması tələb edilir.