Ramiz Mehdiyev gömrükdə dəyişikliklərin mesajını verdi

17 Aprel, 2018 15:01 | İqtisadiyyat | Baxış sayı: 266
Ramiz Mehdiyev
Ramiz Mehdiyev

"Dövlət Gömrük Komitəsi funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdırmalıdır"

Azərbaycan Dövlət Gömrük Komitəsinin Maliyyə Nazirliyinə, yaxud Vergilər Nazirliyinə birləşdirilməsi məsələsi gündəmə gələ bilər. 

İstiPress-in məlumatına görə, bu fikir Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "AzərTac"da dərc edilmiş  “Prezident İlham Əliyevin iqtisadi strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində  dolayısı ilə vurgulanır. 

Məqalədə bununla bağlı bildirilir: "Maliyyə nəzarəti sistemində ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri vardır. Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da, onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir."