Azərbaycan internetində böyük problem

17 Aprel, 2018 13:38 | İqtisadiyyat | Baxış sayı: 569
İnternet resurs
İnternet resurs

Qlobal şəbəkəyə bağlantı kəsilib

Azərbaycanın internet provayderlərinin bəzilərinin xidmətində ciddi problem yaranıb. 

İstiPress-ə vəziyyəti şərh edən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bunun ölkənin beynəlxalq şəbəkəyə qoşulan əsas iki provayderindən birində yaranmış problemlə bağlı olduğunu  bildirib:

“Qlobal şəbəkəyə iki provayderlə - “Delta” və “Azərtelekom Backbone” ilə qoşuluruq. “Delta”da problem yoxdur, problem “Azərtelekom Backbone”lə bağlıdır. Bu provayderinin qlobal şəbəkəyə bağlantısında yaranan texniki problemlər səbəbindən hazırda bu şirkətdən internet alan provayderlərin istifadəçilərinin internet bağlantısında müəyyən problemlər yaranıb.

Əldə etdiyimiz məlumata görə problemin qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür”,- deyə Osman Gündüz vurğulayıb.

Qeyd edək ki, problem bu gün gündüz “Bakcell”, “Nar Mobile”, “Ultel” və s. provayderlərin işində müşahidə edib.