Valyuta hərracında dollara tələb azaldı

17 Mart, 2020 13:59 | İqtisadiyyat | Baxış sayı: 171
Azərbaycan manatı- dollar məzənnəsi
Azərbaycan manatı- dollar məzənnəsi

Bankların tələbi son hərracla müqayisədə 5,6% azalıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.

İstiPress bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bugünkü hərracda bankların tələbi son dəfə, yəni martın 13-də, keçirilən hərracla müqayisədə 14,9 mln ABŞ dolları və yaxud 5,6% azalaraq 250,3 mln ABŞ dolları təşkil edib.

Hərracda manatın ortaçəkili məzənnəsi yenə də 1,7000 AZN/USD səviyyəsində formalaşıb.